9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Şenol Güneş: "Bədavi Hüseynovu "Bursaspor"a transfer etmək istəyirdik"

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş İctimai TV-də yayımlanan "Bol idman" verilişinə müsahibəsində Bakıda keçiriəcəkləri AVRO-2020-nin oyunları barədə danışıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, 69 yaşlı mütəxəssis türkiyəli və azərbaycanlı azarkeşlərin dəstəyi ilə rəqiblərə qarşı üstünlük əldə edəcəklərinə inandığını bildirib:
 
"Bakı Olimpiya Stadionunu (BOS) gəzdim, çox gözəldir. "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"nı da bəyəndim. Qutu kimidir. Ot örtüyü də əladır. Bilirsiniz ki, orada məşq edəcəyik. Amma BOS daha yaxşıdır. Kaş, arena tam dolardı. Düşünürəm ki, bu amil oyunumuza müsbət təsir edəcək. Qrupdakı ikinci matçımız çətin keçəcək. Çünki Uelsin ilk oyunu Bakıda İsveçrəyə qarşı olacaq. Biz isə İtaliya ilə qarşılaşdıqdan sonra Azərbaycana yollanacağıq. Buna baxmayaraq, azarkeşlərin bizə çox kömək edəcəyini fikirləşirəm. İsveçrə ilə son matçımız da coşqulu olacaq. Təbii ki, öz oyunumuz da vacibdir. Fanatların rəğbətini qazanmaq, onları coşdurmaq üçün baxımlı futbol sərgiləməliyik".
 
Təcrübəli baş məşqçi mayın 27-də Alanyada Azərbaycan millisinə qarşı oynayacaqları yoldaşlıq görüşünə də toxunub: "Azərbaycanın yeni komandası var. Ona görə çox futbolçunu tanımıram. Amma əvvəlki heyətdən çıxışına bələd olduğum futbolçular var idi. Hazırkı komandadan Bədavi Hüseynovu tanıyıram. "Qarabağ"da çıxış edir, müdafiəçidir. Hətta "Bursaspor"da işləyərkən onu transfer etməyi düşünürdük. Ümumiyyətlə, "Qarabağ" son illər həm ölkə çempionatında, həm də avrokuboklarda uğurla çıxış edir. Bu mövsüm isə "Neftçi" onları qabaqladı. Bunun özü də böyük uğurdur".
 
Güneş sonda azərbaycanlı azarkeşlərə səslənib: "Öncə Avropa çempionatının hamı üçün xeyirli olmasını arzu edirəm. Turnirin 4 oyununun Azərbaycanda keçirilməsinə mən də sevinirəm. Çünki bizim üçün də uyğun variantdır. Türkiyədən sonra gedəcəyimiz ilk ölkə ikinci vətənimiz saydığımız Azərbaycandır. Bu baxımdan, özümüzü şanslı sayırıq. İstərdim ki, öz yığmaları kimi bizə də sahib çıxsınlar və dəstəkləsinlər. Biz də onlara layiq olaq. Bütün sahələrdə əməkdaşlığımızın futbolda davam etməsini istəyirəm. Hər kəsə təşəkkürümü bildirirəm".
 
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31