8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib

Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, A komandanın baş məşqçisi Samir Abasov, B komandanın baş məşqçisi Mahmud Qurbanov, Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev ötən mövsümlə bağlı hesabat veriblər.

Kamran Quliyev infrastruktur, akademiya və klubdakı işlər, Elnur Eyvazov maliyyə məsələləri, Samir Abasov və Mahmud Qurbanov öz komandaları, Rüstəm Allahverdiyev isə media və marketinq haqda ümumi məlumat verib.Daha sonra Müşahidə Şurasının üzvləri ilə yeni mövsüm üçün hədəf və məqsədlər haqqında müzakirələr aparılıb, fikirlər dinlənilib.Sonda Müşahidə Şurasının üzvləri çempionluq münasibətilə bütün heyəti təbrik edib və komandanın qarşısına yeni mövsümlə bağlı hədəflər qoyub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31