9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Sumqayıt"ın futbolçusu: "Mövsümün bərpa olunacağına inanmıram"

"Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, ilk olaraq Azərbaycandakı karantin rejiminin uzadılmasından danışıb: "Komanda ilə "Zoom" proqramı vasitəsi ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb".

Ə.Ağayev mövsümün bərpa olunacağına inanmadığını deyib: "Komandada özümlə birlikdə təqribən 15 oyunçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu, müəyyən problemlər yaradacaq. İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır.

Mayın 31-də "Sumqayıt"la müqaviləm başa çatacaq və azad oyunçu olacağam. Belə də İsrailə qayıda bilərəm. Bundan başqa, hələ də ödənilməyən maaşlarımız var. Bu, kabus və qeyri-müəyyənlikdir".

28 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, növbəti mövsüm "Sumqayıt"da qalıb-qalmayacağına asılı olmayaraq, mütləq ölkəsinə yollanacaq: "Çünki 1 ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31