9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Səbail”in qapıçısı Ukrayna mətbuatına Bakıdakı karantin rejimindən danışdı

“Bakıda karantin rejimi bir qədər yumşalır. Bəzi mağazalar açılıb. Mayın 4-dən sonra isə gözəllik salonları və bərbərxanalar da açılmalıdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in qapıçısı Aleksandr Rıbka ölkəsi Ukraynanın mətbuatına müsahibəsində bildirib.

Azərbaycanda koronavirusla bağlı vəziyyət haqda danışan futbolçu KİV-in yazdıqlarına əsasən deyib ki, son günlər virusdan sağalanlar yoluxanlardan daha çoxdur: “Bununla belə, küçələrdə gəzmək məhdudiyyəti qalmaqdadır. Əgər hansısa məsələyə görə şəhərə çıxmaq istəyirsənsə, xüsusi nömrəyə SMS göndərməlisən. Amma evin həyətində gəzmək -  mən hələ parkları demirəm - çətindir. Çox yerdə blok-post qurulub. Orada evdən çıxmağın barədə icazə SMS-nin olub-olmadığını yoxlaya bilərlər”.

Rıbka Azərbaycan çempionatının bəprası barədə də danışıb: “Birinci liqa mayın 21-i, Premyer Liqa mayın 23-ü başlamalıdır. Mümkündür ki, mayın 6-dan sonra qrup halında məşqlərə başlayaq. Hazırda isə fiziki formamızı ev şəraitində, məşqçilərimizin onlayn tapşırıqlarına uyğun olaraq davam etdiririk”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31