9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Araz Abdullayevin törətdiyi qəzanın ÖZƏL təfərrüatları Futbolxeber.az-da!

"Neftçi"nin və millimizin üzvü Araz Abdullayev dünən "Nissan" markalı avtomobili ilə qəza törədib. Futbolxeber.az-ın əldə etdiyi məlumata görə, qəzanın baş verməsində başlıca səbəb yüksək sürət həddi olub. Belə ki, həmin vaxt Araz Abdullayev komanda yoldaşlarından biri (həmin futbolçunun adı bizə söylənsə də, məlumat 100 faiz dəqiq olmadığı üçün hələlik onun adını açıqlamırıq-red.) ilə yolda yarışa çıxıb. 2 futbolçu güclərini bu dəfə futbol meydanında deyil, məhz yolda sınamaq qərarına gəliblər. Arazla yarışa çıxan komanda yoldaşı idman modeli olan BMW avtomobili idarə edib. Yekunda isə gənclərin yarışa çıxması bədbəxt hadisə ilə yekunlaşıb. Araz qəzanı törətdiyi an həmin yerdə 6 süpürgəçi olsa da, onlardan 4-ü kənara atılmağa imkan tapıb.

Əldə etdiyimiz başqa bir məlumata görə, bu, Arazın avtomobillə bağlı üzləşdiyi ilk problem deyil. Belə ki, Abdullayevin idarə etdiyi avtomobilin səsboğanı ("qluşitel"i) həddindən artıq yüksək səsli olduğu üçün bir müddət əvvəl Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) həmin avtomobilin saxlanılması ilə bağlı göstəriş verilib. Mülki geyimdə olan BŞBPİ əməkdaşları Arazı saxlayarkən isə o müqavimət göstərib və yekunda Araz Abdullayev həbs olunub. Olay böyük-səs küyə səbəb olub və yekunda yalnız Rövnəq Abdullayevin işə qarışmasından sonra Araz Abdullayev azadlığa buraxılıb.     

Etibarlı mənbənin bizə verdiyi məlumatda o da qeyd olunur ki, klub prezidenti Sadıq Sadıqov və baş məşqçi Böyükağa Hacıyev dəfələrlə Araz Abdullayev də daxil olmaqla komandanın gənc futbolçularına xəbərdarlıq ediblər ki, avtomobillərini yüksək surətlə idarə etməsinlər. 

 




Ad: mehemmed;   E-mail: ---

04.04.2013 18:17

Qaqash bir az yavash surunde bu mashini,KECMISH OLSUN!
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31