8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Millimiz FİFA reytinqində 8 pillə gerilədi

FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan yığması bu gün açıqlanan siyahıda 8 pillə geriləyib. Komandamız hazırda 243 xalla hazırda 127-ci pillədə qərarlaşıb.
 
Avropa Millətlər Liqasında yığmamızla bir qrupda yer alan komandalara gəlincə, ən yaxşı göstərici Farer adalarına məxsusdu. Bu komanda bir pillə geriləsə də, hazırda 364 xalla 97-ci yerdə qərarlaşıb. Kosovo bir pillə irəliləyib - 97 xalla 176-cı yer. Malta isə əvvəlki mövqeyini qoruyub – 66 xalla 185-ci yer.
 
Millimizin yoxlama oyunu keçirməyə hazırlaşdığı komandalara gəlincə, Makedoniya 75-ci (441 xal), Belarus 93-cü (376 xal), Qırğızıstan 115-ci (282 xal), Latviya isə 131-cidi (231 xal).
 
İlk onluqda qərarlaşan komandaların mövqeyində ciddi dəyişiklik baş verməyib: 1 (1). Almaniya – 1609, 2 (2). Braziliya – 1489, 3 (3). Portuqaliya – 1360, 4 (4). Argentina – 1359, 5 (5). Belçika – 1337, 6 (7). Polşa – 1228, 7 (6). İspaniya – 1228, 8 (8). İsveçrə - 1197, 9 (9). Fransa – 1185, 10 (10). Çili – 1161.
 
Qonşu Türkiyə yığması 38-ci pillədə qərarlaşıb. Əvvəlki mövqeyini qoruyan “ay-ulduzlular”ın hesabında 730 xal var.
 
Bu ayın ən yaxşı göstəricisi 7 pillə irəliləyərək 130-cu sıraya yüksələn Andorraya məxsusdu. Ən pis göstəriciyə isə məhz Azərbaycan yığması imza atıb - 8 pillə geriləyən millimiz 127-ci sıraya düşüb.
 
Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini aprelin 12-də açıqlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31