8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Çixradze: "Xüsusən birinci hissədə pis görünmədik"

Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirən “Simurq”, “Olimpiakos”la görüşdə 2:1 hesabı ilə məğlub oldu. Futbolxeber.az-ın məlumatına görə, qarşılaşmadan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze oyun haqqında fikirlərini klubun rəsmi saytı ilə bölüşdü: "Güclü rəqiblə görüş, bizim baxımımızdan çox yaxşı sparrinq oldu. Bu mərhələdə özümüzü yoxlaya bildik. Oyun haqqında isə onu deyə bilərəm ki, “Olimpiakos” yüksək səviyyəli komandadır. Hər il Çempionlar Liqasında mübarizə aparır. Biz isə xüsusən birinci hissədə pis görünmədik. Rəqib demək olar ki, bizə qarşı eyni səviyyəli üç heyətlə mübarizə apardı. Hər yarımsaatdan bir dəyişiklik edirdilər. Əlbəttə ki, bizim komandamız isə hələ tam formalaşmayıb. Məğlub olmağımıza baxmayaraq, bu mənzərədən demək olar ki, ilk hissədə penaltidən yararlana bilməsək də, yaxşı oyun göstərdik. Düşünürəm ki, əsas heyəti qurmaq prosesini davam etdirməliyik. Seleksiya işləri hələ başa çatmayıb”.

Gürcü mütəxəssis hansı mövqelərə yeni futbolçuların transfer edilməsi ilə bağlı sualı belə cavablandırdı: "Bizə hazırda hücumçu, mərkəz yarımmüdafiəçisi və mərkəz müdafiəçisi lazımdır”.

O, həmçinin hazırda baxışda olan Eudi Silvanın oyununuda dəyərləndirdi: “Eudis demək olar ki, bu gün özünü pis göstərmədi. Ancaq düşünürəm, o, hələ tam potensialın ortaya qoya bilmədi. Çünki hazırda “Olimpiakos” kimi güclü rəqibə qarşı oynamağa hazır deyil. Hansı ki, tezliklə Çempionlar Liqasında mübarizə aparacaq. Hazırlığı fonunda onun yaxşı vəziyyətləri olsa da, tam səviyyəsini göstərə bilmədi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31