9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Bakı “İnter”i Rusiya, Kamerun və Rumıniya klublarına qarşı

Bakının “İnter” klubu Türkiyədəki təlim-məşq toplanışının proqramı böyük ölçüdə müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, Zaur Svanadzenin yetirmələri hazırlıq çərçivəsində keçirəcəkləri yoxlama görüşlərindəki rəqiblərinin üçünü dəqiqləşdirib.
 
Sabah səhər Bakı - İstanbul reysiylə yola düşəcək bürünc mükafatçı Bolunun “Termal” hotelində məskunlaşacaq. Komanda Rusiya “Lokomotiv”inin 2-ci komandası, Kamerunun “Kolombe Sportiv” və Rumıniyanın “Vitorul” kollektivləri ilə yoxlama görüşündə gücünü sınamağı planlaşdırır. Ancaq sonuncunun digər Rumıniya təmsilçisi ilə əvəzlənməsi də mümkündü.
 
İyunun 19-dək toplanışda olacaq paytaxt təmsilçisi ümumilikdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqib tapmaq mümkün olsa, “ağ-göylər” daha bir oyun keçirəcəklər. Lakin hələ ki, yoxlama görüşlərinin vaxtı müəyyənləşməyib. Vətənə qayıtdıqdan sonrakı 10 günü “İnter” doğma arenada keçirəcək.
 
Qeyd edək ki, iyunun 19-da Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması keçiriləcək və həmin gün “İnter” iyunun 29-da qarşılaşacağı rəqibi tanıyacaq (sport24).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31