7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

“Qəbələ”dən iki yeni transfer

2017/18 mövsümünün hazırlıqlarına start verən “Qəbələ” heyətini daha iki futbolçu ilə gücləndirib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə bilgini klub saytı yayıb.
 
Mənbədə bildirilir ki, bunadək İlqar Qurbanovla müqavilə bağlayan  “qırmızı-qaralar” qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Elvin Məmmədovu da heyətinə qatıb. Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
1989-cu il mayın 1-də Naxçıvanda anadan olan Aqil Məmmədov karyerasına “Bakı”da başlayıb. Paytaxtın eyniadlı komandası (2007-2014) və “Neftçi”də (2015-2016) çıxış edən qapıçı 2016/17 mövsümünü AZAL-da keçirib. Azərbaycanın U-21 yığmasında oynamış qolkiper 2015-ci ildə əsas milli komandada debüt edib. O, millidə 1 oyuna çıxıb.
 
1988-ci il iyunun 18-də Tovuzda anadan olan Elvin Məmmədov peşəkar karyerasına 2005-ci ildə “Turan”da başlayıb. 2007-ci ilədək bu komandada çıxış edən yarımmüdafiəçi sonradan “İnter” (2008-2009, 2014-2015), “Qarabağ” (2009-2011, 2015), “Bakı” (2011-2014) və “Zirə”nin (2016) şərəfini qoruyub. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Məmmədov 2008-ci ildə əsas milli komandada debüt edib. Elvin millinin heyətində 37 oyun keçirib, 7 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31