9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Bakı” rəsmisi ilə İspaniya millisinin baş məşqçisi arasında görüş oldu

“Bakı” klubunun nümayəndələri ölkəmizdə keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında mübarizə aparan İspaniya milli komandasının düşərgəsini ziyarət ediblər. Futbolxeber.az saytının məlumatına görə, tərəflər arasında baş tutan görüşdə “Bakı”nı vitse-prezident Yaşar Seyidov, ispanları isə millinin baş məşqçisi Santi Denia təmsil edib.

İspaniyanın U-17 yığmasının çalışdırıcısı Santi Denia futbolçu kimi uzun illər Madrid “Atletiko”sunun formasını geyib. O, “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiçlə komanda yoldaşı olub. Bu səbəbdən də Denia “Atletiko” və “Bakı” arasındakı əməkdaşlıqdan, “Land of fire Azerbaijan” brendindən məlumatlı olduğunu qeyd edib. İspaniya yığmasının çalışdırıcısı vurğulayıb ki, “Bakı” haqqında Pantiçdən kifayət qədər məlumat öyrənib. Denia onu da vurğulayıb ki, Pantiçlə çox yaxın dostdurlar.

Görüşün sonunda Yaşar Seyidov ispanlara “Bakı” klubunun atributlarını, formasını, eləcə də xatirə hədiyyələrini təqdim edib. İspaniya tərəfi isə “Bakı”ya ölkə yığmasının formasını hədiyyə verib.

Qeyd edək ki, “Bakı” klubu ölkəmizdə keçirilən 17 yaşadək futbolçular arasında çempionata ən çox diqqət ayıran klubdur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31