8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

İsgəndər Cavadov: “Komandamıza inanıram, qrupdan çıxa bilərik”

AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadov 17 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatındakı şanslarını dəyərləndirib. Futbolxeber.az saytına açıqlamasında Cavadov U-17 yığmamıza inandığını bildirib: “Püşkün nəticəsini normal dəyərləndirirəm. Digər qruplara baxanda yığmamızın rəqibləri yaxşıdı. Hər halda, bu komandalara qarşı oynamaq mümkündü. Biz də mütəmadi olaraq U-17 millimizin çıxışını yaxından izləyirik. Həm oyunlara, həm də məşqlərə baxırıq. Komandada inkişaf hiss olunur. Üstəlik, yığmamız Avropa çempionatının ev sahibidi. Mən komandamıza inanıram. Düşürəm ki, qrupdan çıxa bilərik”.

Veteran futbolçu U-17-nin böyük məsuliyyətlə üz-üzə olduğunu vurğulayıb: “Avropa çempionatının Bakıda keçirilməsi bizim üçün bayramdı. Uşaqların üzərinə böyük məsuliyyət düşür. Biz də mütəmadi olaraq futbolçularla söhbət edirik. Onlara öz məsləhətlərimizi veririk. Komanda üzvləri başa düşməlidirlər ki, bu çempionat Azərbaycan futbolu üçün böyük bir şansdı. Komandamız bu yarışda uğur qazansa, gələcək nəsillərə böyük töhfə vermiş olacaq. Bizim vaxtımızda belə şans yox idi. Hazırda gənc futbolçular üçün əla fürsət yaranıb. Komanda bu imkanı dəyərləndirməlidir”.

İsgəndər Cavadov qeyd edib ki, millimizin turnirdəki ilk oyunu çox vacibdi: “Komandamız ilk matçda Portuqaliya ilə qarşılaşacaq. Rəqib çox güclüdü. Bunu hamımız bilirik. Lakin rəqibdən qorxmaq olmaz, komandamıza inanırıq. Portuqaliya ilə oyunda istənilən nəticəni qazana bilsək, digər görüşlərdə daha rahat çıxış edəcəyik”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31