9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

PFL və QİÇS-lə Mübarizə Mərkəzinin birgə layihəsi

Peşəkar Futbol Liqası və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) birgə kampaniya keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, həmin kampaniya Topaz Premyer Liqasının XIV turunun bütün görüşlərində baş tutacaq.

Qeyd edək ki, 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özəl sektor müəssisələrində və digər obyektlərdə profilaktik və maarifləndirmə yönümlü tədbirlər keçirir. Həmin tədbir bu il ölkə futboluna da sirayət edəcək.

Belə ki, Premyer Liqada iştirak edən klublarımız oyuna “AİDS-ə birgə qalib gələk” pankartı və lentası ilə çıxacaqlar.  

Məlumat üçün deyək ki, "Avropa İİV-ə testləşmə həftəsi” və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar aparılan kampaniyanın məqsədi İİV-infeksiyasının  sadə, asan və effektli diaqnostika metodu olan testin təbliği, bu virusun gec aşkarlanmasının qarşının alınması, insanlar arasında İİV-ə yoluxma yolları və bu təhlükədən qorunmaqla bağlı maariflənmə işinin aparılması, həmçinin bu virusla yaşayan insanların stiqma və diskriminasiyasına yol verilməməsidir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət İİV-ə pulsuz,anonim diaqnostikanı və müalicəni təmin edir.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31