9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Zirə” hazırlığa start verdi

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Zirə” hazırlığa start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 29-da futbolçular tibbi müayinədən keçib və iyunun 30-dan etibarən təlim-məşq toplanışının ilkin mərhələsi başlayıb. Komanda məşqlərini “Bayıl Arena”da keçirir. Heyətdəki futbolçulardan yalnız biri hazırlıqda iştirak etmir. Tellur Mütəllimov zədəli olduğuna görə məşqlərə qatılmır. Digər futbolçulardan Aleksandr Şemonayevin yüngül zədəsi var və o, hazırlıqda iştirak etsə də fərdi məşq edir. Viktor İqbekoyi isə zədəsini tam sağaldaraq kollektiv hazırlıqda iştirak edir.

“Qartallar”ın baş məşqçisi Adil Şükürov güclü komanda formalaşdırmaq yolunda çalışdıqlarını deyib: “Komandamız yeni formalaşır və ilk məşqlərdən ümumi dözümlülük üzərində işləyirik. Hələ ki, görüləcək işlərimiz çoxdur. Məqsədimiz güclü kollektiv formalaşdırmaqdır. İndi yalnız bir legionerimiz var, lakin daha 5-6-nı cəlb etməyi düşünürük. Hazırda bir çox futbolçunu nəzərdən keçiririk. Hazırlığımızın ilk mərhələsində əsasən fiziki hazırlıq üzərində çalışacağıq. Bakıda olduğumuz müddətdə həmçinin, bir yoxlama oyunu da keçirəcəyik. Təlim-məşq toplanışının 2-ci mərhələsi Türkiyənin Ərzurum şəhərində olacaq və ayın 15-də qardaş ölkəyə gedəcəyik. Ərzurumda 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Hansı komandalarla qarşılaşacağımız hələ məlum deyil. Bu yöndə danışıqlar davam edir”.

Qeyd edək ki, Bakıdakı hazırlıq dövründə, iyulun 12-də komanda 19 yaşa qədər futbolçulardan ibarət yığma ilə qarşılaşacaq. Türkiyədəki təlim-məşq toplanışı isə iyulun 30-da başa çatacaq.




Ad: Babek Huseynov;   E-mail: [email protected]\

05.07.2015 13:03

Ugurlar :))))
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31