8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Arif Əsədovun qovulmamışdan öncəki son sözləri

"Gözəl, bayram əhval-ruhiyyəli matç keçdi. Təbii ki, qələbə qazanmaq istədik, ancaq alınmadı. Bir daha şahidi olduq ki, iki cəbhədə mübarizə aparmaq üçün komanda güclü heyətə malik olmalıdır".  Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan kubokunun finalında "Qarabağ"a uduzduqları matçdan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının heyətlə bağlı problemləri olduğunu bildirib: "Məğlubiyyətin obyektiv və subyektiv səbəbləri var. Heyətlə bağlı problemlərimiz oldu. Bəzi oyunçularımız meydana zədəli çıxmışdı. Komandam əlindən gələni etdi. Amma əlimizdə ehtiyyat qüvvə yox idi.

"Simurq" və "Xəzər Lənkaran"la oyuna kimi hər şey qaydasında gedirdi. Lakin həmin oyunlardan sonra zədəlilərin və qırmızı vərəqə alanların sayı artdı və çətinliklərimiz oldu. Komandamız mütləq güclənməlidir. Əsas da müdafiədə" (qol.az).

Qeyd edək ki, mətbuat konfransından az sonra Arif Əsədov “Neftçi”dən qovulub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31