8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

AFFA 5 futbolçunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 8 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Azərbaycan Premyer Liqasının XXXIII turunun “Sumqayıt” - “Qəbələ” matçının 83-cü dəqiqəsində “Qəbələ” klubunun 16 №-li futbolçusu Ruslan Tağızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

8 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXXIII turunun “İnter” -  “Neftçi” matçının 65-ci dəqiqəsində “İnter” klubunun 25 №-li futbolçusu Səlahət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90-ci dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

9 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Azərbaycan Premyer Liqasının XXXIII turunun “Bakı” - AZAL matçının 73-cü dəqiqəsində “Bakı” klubunun 6 №-li futbolçusu Vüqar Bəybalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində “Bakı” klubunun 45 №-li futbolçusu Mahir Mədətov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31