8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Maksim Medvedev: “Oyun gedə-gedə “səhv etdim” söyləyən hakimə nə deyim?”

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın son turunda “Qarabağ” “Qəbələ” ilə oyunun sonunda qələbəni əldən verdi. Görüş barədə nə deyə bilərsən?

- Çətin qarşılaşma oldu. Hava şəraiti əlverişli deyildi. Birinci hissədən sonra komanda yoldaşların sanki nəfəs salmaqda çox çətinlik çəkirdi. “Qəbələ”də də irəliləyiş var. Xüsusən də hücumda yaxşı oynayırlar. Oyun ərzində qeyri-adi heç nə etməsələr də, topu müdafiənin arxasına atıb qaçırdılar. Bu da bizə çətinlik yaradırdı. Hesab fərqli ola bilərdi. Ümumi götürdükdə, heç-heçə pis nəticə deyil.

- Sona yaxın “Qarabağ”da demək olar ki, hamı hakimlərdən narazılıq edirdi. Bunun səbəbi nə idi?

- Hakimin qərarlarının oyuna təsiri oldu. 1:0 hesabı ilə öndə idik. Qələbə bizim üçün vacib idi. Amma hər xırda şeyə görə fitini səsləndirməyi heç yerinə düşmədi. Oyun gedə-gedə hakim deyir ki, Maksim, “səhvə yol verdim”. Ona nə deyim?  Epizodların birində top Ekiqodan meydanı tərk edir, qapımıza künc zərbəsi təyin edir. Mendi iki dəfə məni dartır, yıxılıram, qapımıza zərbə təyin edir.

- Penalti epizodunda hakim nə dedi?

- Məncə, bu cür penalti təyin etmək düzgün deyil. Mendi onsuz da cərimə meydançasından çıxırdı. Şehiç də dedi ki, onu itələməyib, sadəcə korpusla oynayıb.

- Bütün bunlar “Qarabağ”ın çempionluğunu əngəlləyə bilər?

- Qarşıda oyunlarımız var. Riyazi baxımdan şansımız yaxşıdı. Gərək, səhvlərə yol verməyək və özümüzü yaxşı tərəfdən göstərək.

- Hava şəraitindən şikayət etdin. Amma kubokun finalı da Qəbələdə keçiriləcək...

- “Qəbələ” bu iqlimdə çox oynayıb və öyrəşib. Amma “Neftçi” də bizim kimi bura qonaq qismində gələcək. Onların futbolçularına da çətin olacaq. Həmin vaxt şanslar bərabərdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31