9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qəbələ” Avropa Liqasında

“Qəbələ” 2015/16 mövsümündə Avropa Liqasında çıxış edəcək. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” ardıcıl olmaqla, tarixində 2-ci dəfə qitə miqyaslı turnirdə Azərbaycanı təmsil etməyə vəsiqə qazanıb. Roman Qriqorçukun yetirmələri avrokubok iştirakçıları arasında yerini Azərbaycan Premyer Liqasının XXXII turunun ilk oyun günündə təmin edib. Buna Zaqatala “Simurq”unun öz meydanında “İnter”ə 2:3 hesabı ilə uduzması səbəb olub. Xal itkisi meydan sahiblərinin ilk “dördlük”də yer alan klublara çatmayacağını rəsmiləşdirib. Beləliklə, son 8 çempionat oyununda 8 qələbə qazanıb, xal hesabını 46-ya çatdıran “Qəbələ” ötən il olduğu kimi yenə mövsüm basa çatmamış Avropa Liqasına vəsiqəni təmin edib. Həmin vaxt qitə miqyaslı turnirin I təsnifat mərhələsində oynamaq hüququ qazanan “qırmızı-qaralar” Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə qarşılaşmada debüt etmişdi. İyulun 3-də Qəbələdə 0:2, 1 həftə sonra səfərdə 0:3 hesabı ilə məğlub olan komanda mərhələ adlaya bilməmişdi.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31