8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

“Qurban Qurbanova 3 hücumçu təklif olunub”

“Siyahını tərtib edib, baş məşqçi Qurban Qurbanova vermişəm. Onun cavabını gözləyirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın seleksiyaçı məşqçisi Musa Qurbanov deyib.

 Ardıcıl ikinci dəfə ölkə çempionu adını qazanmağa yaxın olan “Qarabağ” heyətini bir qədər də gücləndirmək niyyətindədi. Ağdam klubu 2 mövqeyə yeni futbolçu axtarır.

Hücum xəttinə axtarışların davam etdiyi çoxdan bəlli idi. Baş məşqçi Qurban Qurbanov eyni zamanda, müdafiənin mərkəzinə də yeni oyunçu tələb edib.

Musa Qurbanovun sözlərinə görə, qardaşı fərqli ölkələrdən futbolçu alınmasını istəyir.  Hollandiyadan hücumçu gətirmək arzusu həyata keçməyən “Qarabağ”a 3 forvard təklif edilib: “Mənim bəyəndiyim 3 hücumçu var ki, onların adlarını siyahıda yazmışam. Biri Portuqaliyanın, biri isə Belçikanın yüksək liqasında çıxış edir. Üçüncüsü isə Fransanın ikinci liqa klubunun üzvüdü. Hazırda Qurbanın cavabını gözləyirik. O, seçim etdikdən sonra həmin hücumçulardan biri ilə danışığa başlanılacaq”.

“Qarabağ”ın orta xəttində problemin olmamağına rəğmən, komandada yeni yarımmüdafiəçi də görə bilərik. Qurbanov bildirib ki, bunun üçün qarşılarına münasib qiymətə super səviyyəli futbolçu çıxmalıdı: “Düzdü, “Qarabağ”ın yarımmüdafiəçi problemi yoxdu. Amma Qurban həmişə deyir ki, super səviyyəli futbolçu olsa, qaçırmayın. Belə bir şans düşsə, bundan yararlanmaq istəyir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31