8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

AZAL rəhbərliyi komanda ilə görüşüb

AZAL PFK-nın rəhbərliyi mövsümöncəsi komanda üzvləri ilə görüş keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tam tərkibdə komandanı qəbul edən rəhbərliyi vitse-prezidentlər - Fikrət Hüseynov və Vaqif Qasımov təmsil edib. F.Hüseynov tədbiri giriş sözü ilə açaraq yeni mövsümdə komandanın qarşısına qoyulan hədəflər barədə məlumat verib. Bir daha vurğulanıb ki, 2014/15 mövsümü üçün məqsəd avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdır. Hüseynov yeni komanda qurulduğunu və bu kollektivə inandıqlarını diqqətə çatdırıb. V.Qasımov isə əlavə olaraq qeyd edib ki, qarşıya qoyulan məqsədə çatmaq üçün komanda yumruq kimi birləşməlidir.

Ardından baş məşqçi Tərlan Əhmədov futbolçuları özünün seçdiyini və hansı yükün altına girdiyini anladığını qeyd edib. O futbolçulardan da tam məsuliyyəti ilə işə yanaşmağı tələb edəcəyini bildirb. Sonda isə komandanın aparıcı üzvləri, liderləri söz alaraq rəhbərliyin etimadını doğruldacaqlarını, yaxşı mövsüm keçirəcəklərini bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31