8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Saşa Yunisoğlu: “İndi futbol yox, istirahət haqda düşünürəm”

“Hazırda istirahətdəyəm. Heç bir klubla danışıqlar aparmıram. Çünki indi futbol yox, istirahət haqda düşünürəm”. Bu sözləri Futbolxeber.az saytına açıqlamasında millimizin sabiq üzvü, bir müddət əvvəl Türkiyənin “Dənizlispor” klubundan ayrılan Saşa Yunisoğlu deyib.

S.Yunisoğlu indki durumda istirahət etsə də, fərdi şəkildə çalışmağı da unutmur: “Yox, futboldan bezməmişəm. Sadəcə olaraq, yorulduğum üçün indi istirahət edirəm. Evdə, ailəmin yanında dincəlirəm. Bununla belə, fərdi şəkildə hər gün məşq edirəm. Gündə 2-3 saat çalışıram”.

Gələcəklə bağlı isə Yunisoğlu bunları deyib: “Təklif var. Ad açıqlaya bilmərəm. Yalnız onu deyim ki, həm Türkiyə I liqasından, həm də yerli klublardan xidmətimdə maraqlı olanlar var. Yəqin ki, yeni klubumun adı avqsutda müəyyənləşəcək. Azad agent olduğum üçün tələsmirəm. Çempionat davam edərkən belə, istənilən kluba keçməyim mümkündür”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31