9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

S.Məmmədov: “Nikolov hara, o hara”?

“Torsten Frank Spittlern “İnter”dən konkret nəyə görə getdiyini deyə bilmərəm. Yəqin “İnter”dən daha yaxşısını tapıb”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib.

Qısaca xatırladaq ki, Torsten Frank Spittleri AFFA mart ayından “İnter”ə idman direktoru təyin etsə də, alman məşqçi iki ay keçməmiş “bankirlər”in düşərgəsini tərk edərək, “Bakı”ya üz tutub. Qeyri-rəsmi məlumatlara görə, Torsten Frank Spittler “İnter”in aşağı yaş qrupu üzrə komandaların xeyli nöqsan tapıb, üzə çıxarıb ki, bu da klub rəhbərliyinin xoşuna gəlməyib. Hətta Spitlerin “İnter”in prezidenti Georgi Nikolovla yola getmədiyi də deyilir.

Lakin Səbuhi Məmmədov deyilənlərlə razılaşmayıb: “Yox bir, daha nələr? Nikolov hara, o hara? Deyilənlər reallığı əks etdirmir. Məndə olan məlumat budur ki, onun futbolun inkişafı barədə düşüncələrilə bizim uşaq futbolu məktəbinin düşüncələri üst-üstə düşmədi. Xodukin praktik-nəzəriyyəçidi. Hər halda o, almandan az bilmir”.

“AFFA-nın klublara idman direktoru təyin etməsi nə dərəcədə düzgün qərardı” sualını “İnter”in mətbuat xidmətinin rəhbəri belə cavablandırdı: “AFFA-nın bu təyinatını şərh etmək mənim işim deyil. Biz qərara etiraz etmədik. Ona otaq da ayırdıq. Hamı da Spitlerə qarşı normal davrandı. Nikoluv da onunla görüşdü. Spitlerin gedişi şəxsi münasibətlərdən qaynaqlanmayıb. Sadəcə onun futbol ilə bağlı fikirləri bizim fikirlərlə üst-üstə düşmədi. Bizim uşaq futboluyla bağlı konkret inkişaf planımız var”.

Bəs, AFFA-nın bu məsələyə münasibəti necədir? Görəsən, “İnter”ə başqa bir idman direktoru təyin ediləcəkmi? Səbuhi Məmmədov bu məsələyə konkret münasibət bildirmədi: “Bunu bilmirəm. Bəlkə rəhbərlik səviyyəsində hansısa müzakirələr olub. Amma mənim məlumatım yoxdu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31