8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

AFFA-nın calaq etdiyi idman direktoru “İnter”i atıb, “Bakı”ya qaçdı EKSKLÜZİV

“Futbol+” qəzetinin bugünkü sayında “Bakı”nın icraçı direktoru Yaşar Seyidov bildirib ki, AFFA “zolaqlılar”a da artıq idman direktoru təyin edib. Bu, Torsten Frankdı.

Futbolxeber.az saytı olaraq bu məşqçi barədə əlavə məlumat toplamaq üçün internetdə xeyli araşdırma aparsaq da, heç nə öyrənə bilmədik. Nə qədər çalışsaq da, Torsten Frank adlı məşqçiyə rast gəlmək mümkün olmadı. Hətta bütün alman məşqçilərin adlarının yer aldığı siyahıda belə bu adda mütəxəssis yox idi.

Yekunda “Bakı”nın mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndorava müraciət etdik. “AFFA-nın klubunuza göndərdiyi idman direktoru kimdir" sualına aldığımız cavab xeyli təəccübümüzə səbəb oldu. Klub rəsmisi həmin idman direktorunun Torsten Frank Spittler olduğunu bildirdi. Təəccüblü olan məqam odur ki, Torsten Frank Spittleri AFFA mart ayından etibarən “İnter” klubuna idman direktoru olaraq göndərmişdi. Görəsən, Torsten Frank nəyə görə “bankirlər”i “zolaqlılar”a dəyişib?

Klub rəsmisindən bu suala cavab ala bilməsək də, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Torsten Frank Spittler öz istəyi ilə “İnter”dən ayrılıb. Belə ki, alman məşqçi “İnter”in aşağı yaş qrupu üzrə komandalarında xeyli nöqsan tapıb və bu məqam da klub rəhbərliyinin xoşuna gəlməyib. “İnter”in prezidenti Georgi Nikolovla yola getməyən Torsten Frank Spittler yekunda klubu tərk edib.

Təbii ki, bu qeyri-rəsmi informasiyadır. Məsələyə “İnter” tərəfinin də münasibətini öyrənməyə çalışacağıq. Amma bir məqamı vurğulayaq ki, AFFA-nın klublara idman direktoru təyin etməsinin düzgün olmadığını hələ əvvəldən yazmışdıq. “İnter”lə Torsten Frank Spittler arasında baş qaldıran narazılıq da AFFA-nın addımının düzgün olmadığını göstərir. Karyerası ərzində böyük klublarda çalışmayan, yalnız futbolu inkişaf etməyən Nepalın baş məşqçisi olduğu bildirilən Torsten Frank Spittlerin “Bakı”ya nə dərəcədə faydalı olacağını zaman göstərəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31