8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qarabağ” tarixinə düşmək qürurvericidi”

“Gördüyünüz kimi, oyun çox gərgin keçdi. Derbi oyunu idi, istər-istəməz abu-hava da başqa idi. Zənnimcə, maraqlı qarşılaşma oldu və azarkeşlər darıxmadılar”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem deyib.

Ağdam klubunun ölkə çempionatları tarixinə 900-cü qolunu vuran Muarem “Qarabağ”ın rəsmi saytına verdiyi açıqlamada bu barədə söyləyib: “Qola gəlincə, bu “Neftçi”yə vurduğum ilk qoldu. 900-cü qola gəlincə, əlbəttə, yaddaqalan məqamdı. “Qarabağ” tarixinə düşmək qürurvericidi. Təbii ki, qalib gəlmək istəyirdik. Amma derbidə istənilən nəticənin qeydə alınması mümkündü. “Neftçi”nın də ciddi hədəfləri var. Qeydə alınan nəticəni normal hesab edirəm. Hərçənd, 2 ci yarıda fərqlənmək üçün ciddi imkanlarımız vardı. Amma dediyim kimi artıq bu oyunu unudub növbəti qarşılaşmalara baxmalıyıq. Çünki, bizi final dəyərində 4  qarşılaşma gözləyir. Artıq bu oyunları düşünməliyik”.`

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31