9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Basketbol

“Azərbaycan Kubokunu qazanmaq istəyirik”

“İlk oyunda "Şəki" üzərində qələbə titul yolunda ilk addım idi. Azərbaycan Kubokunu qazanmaq istəyirik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "NTD-İndiqo"nun basketbolçusu Murad Babayev Azərbaycan Kubokunun II turu çərçivəsində "Şərhədçı" ilə keçirəcəkləri oyundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

"Qarşıda bizi "Sərhədçi" ilə matç gözləyir. Qələbə qazanmaq istəyirik. Biz, "Sabah" və "Sərhədçi" bu qrupun favoritləri sayılırıq. Ona görə də bizi çox vacib və gərgin oyun gözləyir", - deyə M.Babayev söyləyib.

O, "Şəki" ilə matçda məhsuldar çıxış etdiyini xatırladıb: "Həmin görüşdə 21 xal topladım. Komanda və məşqçilər mənə inanırlar. Bu mənə güc verir. Kubokda yerli basketbolçuların oynamaq şansı daha çoxdur. Çempionatda nisbətən az oynayıram. Amma baş məşqçimiz liqa matçlarında da yerli oyunçulara şansı verir. Və bu bizim üçün böyük üstünlükdür. Gənc basketbolçularımız Maqsud və Məhəmməd də kubokun ilk oyununda çıxış ediblər. Deyərdim ki, çox yaxşı oynayıblar".

Qeyd edək ki, "NTD-İndiqo" klubu Azərbaycan Kubokunun I turunda "Şəki"ni 103:63 hesabı ilə məğlub edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31