26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

Maurinyo: “Torresin sağlamlığını risqə ata bilmərəm”

“Çelsi”nin baş məşqçisi Joze Maurinyo bu gün İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Nyukasl”a qarşı baş tutacaq oyun barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis komandasında zədədən əziyyət çəkən futbolçuların durumundan da söz açıb: “Fernando Torres demək olar ki, hazırdı. Amma mən onu sağlamlığı ilə risq edə bilmərəm. Əgər bu, mövsümün son oyunu olsaydı, Torresi meydana buraxardım. İndiki halda isə onun sağlamlığını təhlükə altına atmağa dəyməz. O və Van Ginkeldən başqa heyətdə hər hansı bir itki yoxdur. Əlimizdən gələni edəcəyik ki, bu gün yenidən azarkeşlərimizi sevindirək. “Nyukasl” güclü rəqib olsa da, meydana yaınız qələbə üçün çıxacağıq”.

Xatırladaq ki, “Çelsi” - “Nyukasl” oyunu bu gün Bakı vaxtı ilə 19:00-da start götürəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30