26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

"Mançini təklifi qəbul etməsəydi, "Qalatasaray"ın baş məşqçisi mən olacaqdım"

İtaliyalı məşqçi Edoardo Reja maraqlı açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Reja bir müddət əvvəl "Qalatasaray"ın maraq dairəsində olduğunu qeyd edib: "Qalatasaray" rəsmiləri mənimlə maraqlanırdı. İlkin danışığımız da olmuşdu. Lakin sonradan Mançini İstanbula yollandı. Əminliklə söyləyirəm ki, əgər, Mançini təklifi qəbul etməsəydi, "Qalatasaray"ın baş məşqçisi mən olacaqdım. İndi mətbuatda adım "Balonya" ilə yanaşı hallanır. Lakin bu haqda dəqiq bir söz deyə bilmərəm. Çünki klubun nümayəndələrindən heç kim mənimlə əlaqə qurmayıb".

Reja məşqçiliyə 1979-cu ildə başlayıb. 68 yaşlı mütəxəssis karyerası ərzində 21 klub çalışdırıb. Onlardan 20-si İtaliya təmsilçisidir. O, yalnız bir dəfə - 2009-2010-cu illərdə ölkəsindən kənarda işləyib. Həmin vaxt təcrübəli mütəxəssis Xorvatiyanın "Hayduk" klubunu çalışdırıb. Onun son iş yeri isə "Latsio" olub. 2010-cu ildən Roma klubunu çalışdıran Reja ötən il postundan ayrılıb. Rejanın karyerasındakı diqqətçəkən məqamlardan biri də onun eyni yerdə uzun müddət işləməməsidir. O, yalnız "Viçentsa" və "Napoli"də 2 ildən çox duruş gətirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30