9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Vialli vəfat etdi

İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib.

Futbolxeber.az saytının məlumatına görə, o, bu gün səhər 58 yaşında dünyasını dəyişib.

Viallı 2017-ci ildən mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı. Milad bayramı ərəfəsində onun vəziyyəti daha da pisləşmişdi. Vialli ömrünün son günlərini xəstəxanada keçirmişdi.

Vialli futbolçu karyerası ərzində "Sampdoriya", "Yuventus", "Çelsi" və "Kremoneze"də oynayıb. O, baş məşqçi Roberto Mançinin köməkçisi kimi İtaliya ilə Avro 2020-nin qalibi olub. Futbolçu olaraq isə Avro-1988-də və DÇ-1990-də bürünc medal qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31