26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

Azərbaycanla oyundan öncə istefaya göndərildi

Slovakiya millisinin baş məşqçisi Ştefan Tarkoviç Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl istefaya göndərilib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qərar Slovakiya Futbol Assosiasiyasının İcraiyyə Komitəsi bu gün baş tutan növbədənkənar qəbul olunub.

Slovakiya yığmasının dünən Millətlər Liqasının II turunda evdə Qazaxıstan seçməsinə 0:1 hesabı ilə uduzması istefaya səbəb olub. 

Tarkoviç 2020-ci ildə millinin sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında AVRO-2020-də mübarizə aparıb.

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30