26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

Terim Dəmirörənlə görüşdü

Abdulla Avcının gedişindən sonra boş qalan Türkiyə millisinin baş məşqçi postuna ən real namizəd "Qalatasaray"ın çalışdırıcısı Fatih Terimdi. Futbolxeber.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən bu gün səhər saatlarında öz evində Terimlə görüşüb. Görüş haqda ətraflı məlumat verilmir. İlkin xəbərlərə görə, tərəflər görüşdən razı qalıblar. Bu gün axşam saatlarında, ən geci sabah tərəflərin yenidən bir araya gələcəkləri, həmçinin budəfəki görüşdə "Qalatasaray" prezidenti Ünal Aysalın da iştirak edəcəyi vurğulanır.

"Cim-Bom"un başqanı da bu haqda açıqlama verib. Aysal qeyd edib ki, bu gün axşam saatlarında üçlü görüşdə həm Federasiya, həm də "Qalatasaray" tərəfi öz istəklərini bəyan edəcək, eləcə də Terimin fikirləri dinləniləcək. Aysal indi hər kəsi maraqlandıran məsələyə - Terimin eyni anda həm millini, həm də "Qalatasaray"ı çalışdırması ilə bağlı suala konkret cavab verməyib. Aysal bildirib ki, "Qalatasaray" qarşısına dünya səviyyəli klub olmağı mqəsdəq qoyub. Bununla belə, Türkiyə millisinə görə müəyyən güzəştə də gedə bilərlər. Bir sözlə, Aysal bütün suallara üçlü görüşdən sonra aydınlıq gələcəyini deyib.   

Fatih Terim isə "Qalatasaray" ailəsinin üzvü olduğunu, bundan qürur duyduğunu qeyd edib.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30