19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

Ronaldo həbs ediləcək?

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo yenidən məhkəmə qarşısına çıxacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, vergidən yayınmaqda günahlandırılan portuqaliyalı superulduzu həbs cəzası gözləyir.
 
Bundan əvvəl İspaniya Dövlət Xəzinəsinə 18,8 milyon avro ödəməyə hazır olduğunu söyləyən 33 yaşlı futbolçu 2 illik şərti cəza qərarı ilə razılaşmışdı.
 
Ancaq yerli Maliyyə Nazirliyi Ronaldonun yenidən qanunu poza biləcəyini iddia edərək, məhkəmədən onun 2 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.
 
“Real”ın digər sabiq üzvü, hazırda “kral klubu”nun gənclər komandasında məşqçi işləyən Xabi Alonso da vergidən yayınmaqda ittiham olunur.
 
İspaniyalı veteran futbolçunu isə 5 illik həbs cəzası və 4 milyon avro cərimə gözlədiyi bildirilir. Ronaldo və Alonsonun məhkəməsi yanvarın 22-də Madrid şəhərində olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31