26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

İspaniya yığmasında oynayacaq, yoxsa Fransa?

“Mançester Siti”nin futbolçusu Emerik Laport İspaniya milli komandasına çağırılmamasından danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, İspaniya mətbuatına açıqlama verən Laport yığmaya çağırılmamasının səbəbinin baş məşqçi Luis Enrike olduğunu deyib:
 
“Enrikenin məni milliyə dəvət etməməsinin səbəbi, aramızda olan şəxsi məsələlərdir. Onun qərarına hörmətlə yanaşıram.
 
Ancaq bu, idmanla bağlı deyil. Məni niyə yığmaya çağırmadığını özündən soruşmalısız. Ona zəng vurub, məni milliyə dəvət etməsini istəməyəcəm.
 
Onsuz da, İspaniya milli komandası üçün oynamayacam. Mən fransızam, Fransa adına oynamaq istəyirəm. İkili vətəndaşlığım yoxdur”.
 
Fransada doğulan Laport, ilk zamanlar burda futbol oynamağa başlayıb. 2009-cu ildə “Atletik” klubunun skautları tərəfindən Bilbaoya dəvət edilən müdafiəçi, 2018-ci ilə qədər İspaniyada top qovub.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30