23 Fevral 2019, Şənbə
Etopaz-da bu gün 59 canlı oyun
Klublar Komitəsində yeni sədr
Avroliqa: 1/8 finalçılar müəyyənləşdi
Nihat Kahveçi Azərbaycana gəlir

Xarici futbol

Malta millisinin müdafiəçisi: "Qrupda istənilən komandanı uda bilərik"

"Hesab edirəm ki, bu çətin qrupda istənilən komandanı uda və ya onların hər birinə uduza bilərik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Malta millisinin müdafiəçisi Andrey Aqius yerli mətbuata açıqlamasında deyib.

Millətlər Liqasında Farer adaları və Azərbaycanla keçiriləcək oyunlar haqda danışan 32 yaşlı futbolçu qələbə qazanmaq istədiklərini bildirib:

"Fərqli nəsə etməli, reytinqimizi yüksəltməliyik. Artıq qələbə qazanmağın vaxtı çatıb. Bu isə bizim fəlsəfəmizdən və oyunlara necə yanaşmağımızdan asılıdır".

Qeyd edək ki, Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də səfərdə Farer adaları ilə keçirəcək Malta seçməsi 3 gün sonra isə doğma meydanda millimizi qəbul edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28





Click to Visit