26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Kasilyas BƏƏ-dən təklif aldı

Mövsümün sonunda "Portu" ilə müqaviləsi başa çatacaq İker Kasilyas MLS ilə yanaşı, karyerasını Birləşmiş Ərəb Əmirliklərində də davam etdirə bilər.
 
Futbolxeber.az xəbər verir ki, Amerikada bir neçə komandanın maraq dairəsində olan təcrübəli qapıçı BƏƏ-nin "Əl-Nəsr" klubunun radarına düşüb. Adıçəkilən komanda 36 yaşlı futbolçuya illik 2,5 milyon avro maaş ödəməyə hazırdır. Bunun üçün Kasilyasa təklif göndərilib. "A Bola" nəşrinin məlumatına görə, ispaniyalı "çərçivə qoruyucusu" bu təklifə müsbət yanaşır.
 
Kasilyasla İngiltərənin "Nyukasl" klubu da maraqlanır. Rafael Benites təcrübəli oyunçunu sərəncamında görməyi arzu edir.
 
Qeyd edək ki, 2015-ci ildə Madrid "Real"ın "Portu"ya keçən Kasilyas bu mövsüm "əjdahalar"ın heyətində 24 oyun keçirib. İspaniya millisinin üzvü 14 qol buraxıb və 15 oyunda qapısını toxunulmaz saxlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30