26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

Çexiya millisinin baş məşqçisi: "Reytinq uğrunda mübarizə aparacağıq

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Çexiya yığmasının baş məşqçisi Karel Yarolim oyunla bağlı fikirlərini bildirib.
 
Futbolxeber.az xəbər verir ki, mütəxəssis öz ölkəsinin mətbuatına açıqlamasında heyətdəki oyunçuların hazırlığının onu qane etdiyini deyib:
 
“Hazırda heyətdə yer alan futbolçuların vəziyyəti məni qane edir. Azərbaycanla oyundan öncə komandamın motivasiyası yüksəkdi. Futbolçularım qarşıdakı görüşlərə yaxşı kökləniblər. Azərbaycanın da bizim kimi dünya çempionatının final mərhələsinə çıxmaq şansları qalmayıb. Buna baxmayaraq, sona qədər mübarizə aparmalıyıq. Çünki qeydə alınacaq nəticə turnir cədvəlindəki mövqeyimizə və reytinqimizə təsir edəcək. Avropa çempionatının seçmə mərhələsində hansı səbətdə yer alacağımızı məhz reytinq əmsalımız müəyyənləşdirəcək”.
 
Qeyd edək ki, Azərbaycan - Çexiya matçı oktyabrın 5-də, saat 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30