26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

Cerrard “Liverpul”un U-19 komandasına baş məşqçi təyin edilib

İngiltərə millisinin sabiq futbolçu Stiven Cerrard “Liverpul”a dönüb.
 
Futbolxeber.az saytının məlumatına görə, 37 yaşlı mütəxəssis mersisaydlıların U-19 komandasının baş məşqçisi təyin edilib.
 
Cerrard UEFA Gənclər Liqasında mübarizə aparacaq kollektivə rəhbərlik edəcək. “Liverpul” Rusiyanın “Spartak”, İspaniyanın “Sevilya” və Sloveniyanın “Maribor” klubları ilə bir qrupda yer alıb. Veteran futbolçu baş məşqçi kimi sentyabrın 13-də “Sevilya” ilə ev oyununda debüt edəcək.
 
Qeyd edək ki, peşəkar futbolçu karyerasına "Liverpul"da başlayan Stiven Cerrard 17 il bu komandanın şərəfini qoruyub və uzun müddət kapitan sarğısı daşıyıb. O, 2015-ci ildə ABŞ-ın "Los-Anceles Qalaksi" klubuna transfer olunub. Cerrard ötən yay karyerasını bitirib. 2000 - 2014-cü illərdə İngiltərə yığmasının şərəfini qorumuş sabiq yarımmüdafiəçi 114 matça çıxıb və 21 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30