26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

“Maynts”ın baş məşqçisi: “Qəbələ”ni siyahıdan silmək olmaz”

“Bu, bizim üçün heç də uğurlu püşk olmadı. Çünki olduqca güclü qrupa düşmüşük”. Futbolxeber.az saytının məlumatına görə, bunu “Maynts”ın baş məşqçisi Martin Şmidt deyib.

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda mübarizə aparacaq Almaniya təmsilçisinin hədəfi növbəti mərhələdi. Yerli mətbuata açıqlama verən Şmidt bunun üçün çox əziyyət çəkməli olacaqlarını söyləyib.

49 yaşlı mütəxəssis “Qəbələ” haqda da fikirlərini bölüşüb: “Rəqibləri az da olsa, təhlil etmişəm. “Anderlext” Çempionlar Liqasında oynayacaq gücdə komandadı. Onlar qrupun favoriti sayılırlar. “Sent-Etyen”in də artıq Avrokubok təcrübəsi var. “Qəbələ” isə iki ildi I mərhələdən qrupa qədər irəliləyir. Onları da siyahıdan silmək olmaz. Güclü qrupa düşməyimizə baxmayaraq, bizim məqsədimiz qrup səddini aşmaqdı. Bunu bacaracaq gücdə oyunçularım var”.

Qeyd edək ki, “Maynts” Avroliqanın II turu çərçivəsində sentyabrın 29-da “Qəbələ”nin qonağı olacaq (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30