26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

Roberto Mançini “Qarabağ”a rəqib ola bilər

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter”də tezliklə baş məşqçi dəyişikliyi olacağı barədə xəbərlər səngimək bilmir. Futbolxeber.az-ın məlumatına görə, İtaliya KİV-i bu gün Milan təmsilçisinin hazırkı baş məşqçisi Valter Madzarriyə 2 oyunluq şans verildiyini yazıb. Belə ki, “İnter” “A” seriyasının qarşıdakı turlarında qarşılaşacağı “Sampdoriya” və “Parma” ilə görüşlərdə uğur qazanmasa, o zaman Madzarri vəzifəsindən qovulacaq. Onu əvəzləməyə ən real namizəd isə Roberto Mançinidir. “La Gazzetta dello Sport”un iddiasına görə, Mançininin “İnter”in idman direktoru Pero Auzilio və baş direktor Maykl Bolinqbrokla münasibətləri çox yaxşıdır. Məhz həmin şəxslər Mançininin komandaya gəlişinin tərəfdarıdırlar.

Xatırladaq ki, buna qədər Mançini 2004-2010-cu illər aralığında “İnter”i çalışdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30