26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

“Qarabağ”ın qənimi Avropada ilin ən çox inkişaf edən klubu seçildi

Avropa Klublar Assosiasiyası (ECA) 2014-cü ilin ən yaxşılarının adını açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, 2014-cü ilin ən yaxşı klubu adına “Real” layiq görülüb. Madrid klubu bu il İspaniya kubokunu, UEFA Superkubokunu, eləcə də tarixində 10-cu dəfə Çempionlar Liqasını qazanıb.

İlin ən çox inkişaf edən klubu “Zalsburq” seçilib. Çempionlar Liqasında “Qarabağ”ı mübarizədən uzaqlaşdıran Avstriya çempionu, reytinqdə bu il xeyli irəliləyişə nail olub.

“İlin marketinqi” nominasiyasının qalibi isə “Seltik” seçilib. Şotlandiya çempionu stadionunun ərazisində azarkeşləri üçün pulsuz internet təşkil edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30