26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

“Qalatasaray”ı çempion edən məşqçi Qətərdən qovuldu

Məşhur belçikalı məşqçi Erik Gerets işsiz qalıb. Futbolxeber.az-ın məlumatına görə, Gerets Qətərin “Lexviya” klubundan qovulub. Asiya Çempionlar Liqasındakı uğursuz çıxışdan sonra rəhbərlik belçikalı mütəxəssislə vidalaşmaq qərarına gəlib. “Lexviya”nın hazırda Qətər çempionatında lider olması da rəhbərliyin fikrini dəyişməyib.

Xatırladaq ki, Gerets daha əvvəl vətənində “Lyej”, “Lyers”, “Brügge”, Hollandiyada PSV, Almaniyada “Kayzerslautern”, “Volfsburq”, Türkiyədə “Qalatasaray”, Fransada “Marsel”, Səudiyyə Ərəbistanında “Əl Hilal” klublarını, eləcə də Mərakeş millisini çalışdırıb. 2005-2007-ci illərdə İstanbulda fəaliyyət göstərən Gerets, 2006-cı ildə “Qalatasaray”ı çempionluğa daşıyıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30