26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

Çex: “Bu, “Çelsi”nin ÇL-i qazanmaq şansını azaldır”

“Çelsi”nin qapıçısı Petr Çex maraqlı fikirlər səsləndirib. Futbolxeber.az-ın məlumatına görə, çexiyalı qapıçı İngiltərə Premyer Liqasının təqvimindən şikayətlənib: “Son illərdə biz Avropadakı inamlı oyunumuzla İngiltərə Premyer Liqasının reytinqini yüksəltmişik. Amma Premyer Liqa rəhbərliyi bir dəfə də olsun oyunların təqvimi baxımından bizə yardımçı olmayıb. Halbuki almanlar və italyanlar lazım olanda cümə günü də meydana çıxırlar. “Atletiko” bizimlə oyundan öncə daxili çempionatda cümə günü meydana çıxacaq. Bunu İspaniya futbolu naminə edirlər. Amma İngiltərədə vəziyyət fərqlidir. Məhz təqvim “Çelsi”nin ÇL-i qazanmaq şansını azaldır. Yaxşı olardı ki, ingiltərəli futbol məmurları avropalı həmkarlarından örnək götürsünlər”.

Xatırladaq ki, “Çelsi” “Atletiko” ilə aprelin 22-si və 30-da qarşılaşacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30