29 Mart 2026, Bazar günü
Riad Rəfiyev Harvardın məzunu oldu
“Dinamo” 6 qollu qələbə qazandı
“Bir qələbə ilə rahatlaşmaq olmaz”
Yığmamız 6 qolla qələbə qazandı

Digər idman növləri

Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb

Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, o, ABŞ-nin Sietl şəhərində təşkil olunan görüşdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.

Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. MMA Azerbaijan sosial şəbəkə səhifəsinin yazdığına görə, bu, gecənin döyüşü seçilib və hər bir idmanmı əlavə 100 min avro bonus qazanıb.

Bu Tofiq Musayevin UFC-də ikinci döyüşü və ilk qələbəsi olub. O, daha əvvəl Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub (22 iyun, 2025-ci il).

Qeyd edək ki. İqnasio Bahamondes Azərbaycan döyüşçüləri üçün tanışdır. O, sonuncu dəfə Bakıdakı Azərbaycan təmsilçisi Rafael Fiziyevə məğlub olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31