27 Mart 2026, Cümə
"Neftçi" məşqləri bərpa etdi
Millimiz Bolqarıstanla heç-heçə etdi
“Qarabağ”a qarşı namərdlik
Cavadovdan “Dinamo”ya dəstək

Digər idman növləri

Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək

Aprelin 2-5-i aralığında kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, yarış ​Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

​Azərbaycan İdman Akademiyasının stadionunda təşkil olunacaq turnirin proqramına əsasən, aprelin 2-də idmançıların rəsmi sınaq atışları və məşqləri olacaq, aprelin 3-ü və 4-də isə əsas yarışlar gerçəkləşəcək.

Bakı Kubokunun qalibləri aprelin 5-də müəyyənləşəcək. ​U-15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədə hədəfi dəqiq vurmaq üçün bacarıqlarını göstərəcəklər.

Olimpiya sistemi ilə hesablanacaq nəticələrə əsasən, fəxri kürsüdə yer alan idmançılar Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31