25 Mart 2026, Çərşənbə
"Neftçi" məşqləri bərpa etdi
Millimiz Bolqarıstanla heç-heçə etdi
“Qarabağ”a qarşı namərdlik
Cavadovdan “Dinamo”ya dəstək

Digər idman növləri

Şahmat üzrə ölkə çempionatının final mərhələsi başlayıb

Gəncə şəhərində 8-18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının final mərhələsinin açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Gəncə İdman Sarayında təşkil edilən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, çempionat oğlan və qız kateqoriyalarına bölünməklə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında keçirilir. Yaş qrupları üzrə “Şahmat üzrə Azərbaycan milli yığma komandalarının formalaşdırılması meyarları və şahmatçılara dəstək proqramı”na əsasən Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 8, 10, 12 yaş qrupunun dünya çempionatı formatını dəyişdiyi üçün bu yaş qrupları yüksək nəticələr qazanan şahmatçılar dünya kubokunda iştirak edəcək.

Yarışa martın 30-da yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31