27 Dekabr 2025, Şənbə
Sxadadze 4 oyunluq cəzalandırıldı
“Səbail”dən gözlənilməz məğlubiyyət
II Liqanın bombardirləri açıqlandı
"Zirə"nin hazırlıq planı bilindi

Digər idman növləri

Prezident bu idmançılara mənzil hədiyyə etdi

Prezident İlham Azərbaycanın 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Futbolxeber.az saytının məlumatına görə, bu hadisə dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə baş verib.

Dövlət başçısı Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə yeni mənzillərin orderlərini təqdim edib.

Bundan başqa, tədbirdə Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi də olub. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Mövlud Mirəliyevə, Ələkbər İmaməliyevə, Zöhrab Gözəlbəyliyə və İlahə Qədimovaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının vəsiqələrini təqdim edib.

Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Elmira Aslanova, Vəfa Musayeva, Nurəddin Rəcəbov, Eduard Məmmədov, Azər Məhərrəmov, Yaqub Abdullayev, Cahangir Ağarəhimov, Fikrət Hüseynov, Cahangir Bayramov və Coşqun Əliyev “Tərəqqi” medalları ilə təltif olunublar.

Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tərlan Həsənova, Asim Xudiyevə və Qərib Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev idmançılarla söhbət edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31