10 Yanvar 2026, Şənbə
"Sumqayıt" "Pakş"a məğlub oldu
“Qarabağ” Renata təklif göndərib?
Kadidən “qayıtdım” mesajı
"Neftçi"də məşqçi təyinatları

Ölkə futbolu

Cavid İmamverdiyev: “Bu vəziyyətdə inkişafdan danışmaq mümkün deyil”

“Vəziyyət o qədər acınacaqlı idi ki, artıq futbolçulara heç nə aşılaya bilmirdim. Hər birinin kifayət qədər problemi var. Nə qədər təsəlli versən də, hər kəs öz sıxıntısını düşünür. Bu problemlərin həlli üçün isə futbolçu mütləq aylıq maaşını vaxtında almalıdır”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri II Liqada mübarizə aparan “Şəki Siti”nin kapitanı Cavid İmamverdiyev deyib.

35 yaşlı futbolçu bildirib ki, oyun günü futbolçuların maaş probleminin həlli paltardəyişmə otağında ab-havanı dəyişib:

“Komanda 4 ay idi maaş almırdı. Hər kəsin ailəsi, planları, öhdəlikləri var. Bu səbəbdən psixoloji baxımdan çox çətin vəziyyətdə idik. Kapitan kimi üzərimə düşən əsas vəzifə uşaqları sakitləşdirmək və oyunlara kökləmək idi. Amma elə bir məqam yaranmışdı ki, məsələ artıq nə məndən, nə də baş məşqçidən asılı idi. Stadionda maaş veriləndə hər kəs sevindi, paltardəyişmə otağında ab-hava tamamilə dəyişdi”.

İmamverdiyev komandanın çətin hazırlıq prosesinə də toxunub:

“Komandamız 45-50 gündür normal məşq etməsə də, lider "Xankəndi"yə qarşı sonadək mübarizə apardıq. Belə şəraitdə oyuna çıxmaq nəticəyə birbaşa təsir göstərir. Əgər normal məşq etsəydik, rahatlıqla ilk üçlükdə yer ala bilərdik. Bu duruma düşməyi nə biz futbolçular, nə də baş məşqçimiz istəyərdi”.

Kapitan rəhbərliklə görüşdən də söz açıb:

“Komanda şəklində rəhbərliklə görüşümüz oldu. Bir-birimizi dinlədik. Şükürlər olsun ki, hazırda vəziyyət stabildir. İndi qış fasiləsinə yollanırıq. Böyük ehtimalla, bu fasilədə bir çox futbolçu klubdan ayrılacaq. Hazırda necə olacağını heç birimiz bilmirik. Müxtəlif klublardan təkliflərimiz var. Əgər hər şey bərpa olunarsa, "Şəki Siti"də qalıb, oynamağa davam etmək istərdik”.

Sonda isə Cavid İmamverdiyev klublara çağırış edib:

“İstərdim ki, heç bir klubda maaşlarla bağlı gecikmə olmasın. Bura elita yox, II Liqadır. Premyer Liqada bəlkə də yaxşı maaş alırsan və iki-üç ay özünü birtəhər vəziyyətdən çıxara bilirsən. Amma II Liqada 500 manata oynayan futbolçular var. Onlar da 4 ay maaş ala bilməyəndə düşünün hansı vəziyyətə gəlirlər. Əgər futbolçudan tam potensialını göstərməyi istəyirlərsə, onun heç bir problemi olmamalıdır. Bütün məsələlər həll edilməli, fikri yalnız stadionda olmalıdır. Ancaq o zaman futbolçunun real gücünü görmək mümkündür. İnşallah, bir daha belə hallar yaşanmaz. Çünki bu vəziyyətdə inkişafdan danışmaq mümkün deyil”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31