30 Dekabr 2025, Çərşənbə axşamı
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı
“Səbail”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Adil Şükürov: “Heyətdə ciddi dəyişikliklər olacaq”

Qış fasiləsində "Səbail"in heyətində ciddi dəyişikliklər olacaq.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Adil Şükürov deyib.

"Heyətdə ciddi dəyişikliklər olacaq. Hər mövqeyə yeni və yerli futbolçular cəlb etmək istəyirik. I Liqada tam başqa futbol oynanılır. Premyer Liqadan fərqlidir. Qarşıya Premyer Liqaya vəsiqə qazanmaq hədəfi qoyulub. Bu məqsəd üçün futbolçular cəlb edəcəyik və bütün gücümüzü ortaya qoyacağıq".

O, çempionatın ikinci yarısına kökləndiklərini bildirib: "Cəmi 20 gündür "Səbail"dəyəm. Komanda barədə nəsə danışmağın hələ tez olduğunu düşünürəm. Kollektivi qış fasiləsində həm taktiki, həm də psixoloji yöndə hazırlayacağıq. İstəklərimizi futbolçulara çatdıracağıq. Özümüzü tam şəkildə çempionatın ikinci yarısına kökləmişik. Qısa müddətdə çatışmazlıqların üzərində çalışıb, komandanın durumunu yaxşılaşdırmaq istəyirik".

Qeyd edək ki, "Səbail" hazırda turnir cədvəlində 22 xalla 3-cü pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31