3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Digər idman növləri

Azərbaycan idmançısı Gürcüstanda beynəlxalq turnirin qalibi olub

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (73 kq) Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi olub.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, birdən qaldırma hərəkətində 148 kq, təkanla qaldırmada isə 181 kq-ın öhdəsindən gəlib.

İ.Rüstəmov toplamda 329 kq (148+181) nəticə ilə yarışı birinci pillədə başa vurub.

Atlet qızıl mükafat əldə etməsi barədə danışıb: "Dünya çempionatından yeni qayıtmışıq. İstirahət üçün vaxtımız olmadı. Federasiya rəhbərliyi bu yarışda iştirakıma hər cür şərait yaratdı. Bütün yanaşmaları uğurla icra edərək, ili qızıl medalla başa vurdum. Bir neçə gün əvvəl baş vermiş ağır təyyarə qəzası hamımızı sarsıtdı. Qələbəmi qəhrəman təyyarə ekipajına və qəzada həlak olmuş sərnişinlərin əziz xatirəsinə həsr edirəm”.

Qeyd edək ki, “Kakhi Cup 2024” beynəlxalq turniri çərçivəsində qonşu ölkəyə səfər etmiş Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti, 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə xatirə hədiyyəsi təqdim edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30