3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Digər idman növləri

Dünya birinciliyi: Daha 3 boksçumuz 1/4 finalda

Azərbaycanın daha 3 boksçusu Monteneqronun Budva şəhərində davam edən dünya birinciliyində 1/4 finala yüksəlib.
 
Futbolxeber.az saytının məlumatına görə, 57 kq-da mübarizə aparan Tağı Nəsibov Matas Qriqorianasla (Litva) qarşılaşmadan qalib ayrılıb. O, döyüşün taleyini ilk raundda həll edib və tam üstünlüklə qələbə qazanıb. Nəsibov 1/4 finalda Erik Arstamyanla (Ermənistan) üz-üzə gələcək. 
 
Məhəmmədəli Qasımzadə (60 kq) Meksikanı təmsil edən Armin Santos Mancillanı üstələyib - 4:1 (29:28, 30:27, 29:28, 29:28, 28:29). O, yarımfinala gedən yolda Sandro Spica (Fransa) ilə qüvvəsini sınayacaq.
 
Aynur Mikayılova (57 kq) isə Qabriela Ciorobadan (Rumıniya) güclü olub. O, rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Mikayılova növbəti görüşünü Reka Varqa Saraya (Macarıstan) qarşı keçirəcək.
 
Bununla da dünya birinciliyində 1/4 finala yüksələn boksçularımızın sayı 7-yə çatıb. 
 
Xatırladaq ki, bir gün öncə öncə Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq) və Əli Abdullayev də ən güclü 8 boksçu sırasına yüksəliblər. 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30