13 May 2024, Bazar ertəsi
Stadnik Parisə lisenziya qazandı
Qurban Qurbanovdan qələbə şərhi
“Həmin mövzular qıcıq yaradır”
“Yarım epizoddan qol buraxırıq”

Digər idman növləri

Millimizin braziliyalı baş məşqçisi Avropa çempionatına vəsiqəni hədəfləyir

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Joanildo Kosta Junior Avropa çempionatına vəsiqəni hədəfləyir.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə braziliyalı mütəxəssis Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, məqsədə çatmaq üçün çox çalışdıqlarını bildirib: “Təqdirəlayiq haldır ki, Azərbaycanın gənc idmançıları məşqlərə ciddi yanaşırlar. Bu istiqamətdəki irəliləyişi yüksək qiymətləndirirəm. U-18 komandaların Avropa çempionatında hədəfimiz yüksəkdir. Hər mərhələdə uğurla çıxış edərək, mümkün qədər irəliləməyə çalışacağıq. Prioritetimiz əsas mərhələyə vəsiqə qazanmaqdır. Bundan sonra finala qədər oyun-oyun irəliləmək niyyətindəyik”.
 
O, Azərbaycanda özünü xoşbəxt hiss etdiyini söyləyib: “Bakıda çox xoşbəxtəm. Özümü evimdəki kimi hiss edirəm. İnsanlar şən və qonaqpərvərdirlər. Ölkədə təhlükəsiz mühit mövcuddur və bu, hazırlığımızın keyfiyyətinə əhəmiyyətli dərəcədə töhfə verir”.
 
Joanildo Kosta Junior Türkiyənin Antalya şəhərində təşkil edilən təlim-məşq toplanışını da dəyərləndirib: “Antalyadakı hazırlıq komandamızın texniki, taktiki və fiziki inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Gündəlik iki dəfə məşq etdik, həmçinin eyni yaş kateqoriyasından olan Türkiyə voleybolçuları ilə yoxlama oyunları keçirdik. Bütün bunlar bizə çatışmazlıqları və səhvlərimizi müəyyənləşdirməkdə, eləcə də texniki və taktiki hazırlıqlar üzərində daha artıq işləməyimizdə çox kömək olur. Burada çimərlik voleybolu, ümumiyyətlə, idmanla peşəkar səviyyədə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, Antalya toplanışı ümumilikdə çox uğurlu və səmərəli alındı”.
 
Qeyd edək ki, Azərbaycanın U-18 millisi Antalyada təşkil olunan 14 günlük təlim-məşq toplanışını yeni başa vurub. Yığmamız orada yerli komandaya qarşı 12 sınaq matçı keçirib, bunun 8-də qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31