26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Dünya çempionatında tarixi uğur

Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında Azərbaycan milli komandası uğura imza atıb. Lent.az-ın məlumatına görə, yığmamız mötəbər yarışı 2 qızıl, 1 bürünc medalla başa vurub. Qızıl medallara Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) layiq görülüb. Bürünc medala isə Teymur Məmmədov (91 kq) sahib çıxıb. Çələbiyev finalda rusiyalı Vladimir Nikitini üstələyərək, karyerasında ilk dəfə dünya çempionu olub. Məcidov isə qazaxıstanlı İvan Dıçkoya qalib gəlib. Bu görüşün ilk 2 raundunda hakimlər qələbəni Dıçkoya versələr də, növbəti raundda boksçumuz rəqibini nokauta salıb. Onun ilk zərbəsindən sonra yerə yıxılan Dıçko ayağa qalxmağı bacarsa da, növbəti zərbədən sonra tam təslim olub. Bununla da Məcidov karyerasında ikinci dəfə dünya çempionu olmaqla yanaşı, Qazaxıstandakı mundialda yeganə nokautun müəllifi olub. Qeyd edək ki, final döyüşlərini Qazaxıstan prezidenti Nursultan Nazarbayev də izləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30